• USD 1,7000 0,00% EUR 1,8799 0,00%
    • GBP 2,1349 0,00% RUB 0,0265 0,00%

Müharibəni başlayan biz olmayacağıq, lakin... - ABŞ-a XƏBƏRDARLIQ

  • Region
  • 22 Avqust 2019 21:58
  • 849 Baxış
Müharibəni başlayan biz olmayacağıq, lakin... - ABŞ-a XƏBƏRDARLIQ

İran bu ölkənin nüvə proqramına dair 2015-ci ildə imzalanmış beynəlxalq sazişi xilas etmək barədə Fransanın təklifləri üzərində çalışmağa hazırdır.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Osloda Norveç Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı bildirıb.

O, məsələyə dair sabah, yəni cümə günü Parisdə Fransa prezidenti Emmanuel Makronla ciddi söhbət etmək fikrində olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron adıçəkilən sazişi bərpa səyləri çərçivəsində ABŞ-ın İrana qarşı sanksiyalarını yumşaltmaq, yaxud sazişə doğru qayıdış yolunda İran xalqına daha yaxşı yaşamaq imkanı yaratmaq üçün təzminat mexanizmini dəstəkləməyin zəruri olduğunu bildirmişdi.

ABŞ tərəfindən Hörmüz boğazında gəmiçiliyi qorumaq üçün təhlükəsizlik missiyası yaratmaq və həmin missiyaya Böyük Britaniyanı, Bəhreyni, Avstraliyanı cəlb etmək istiqamətindəki addımlarına toxunan iranlı nazir “kiminsə bizim sulara gəlib bizi təhdid etməsinə qarşı durub kənardan baxacağımızı qoy heç kim zənn etməsin” deyə fikir bildirib.

“Fars körfəzində müharibə olacaqmı? Sizə deyə bilərəm ki, müharibəni başlayan biz olmayacağıq... lakin özümüzü müdafiə edəcəyik”, - deyə İran xarici işlər naziri vurğulayıb.

Xatırladaq ki, bu gün İran prezidenti Həsən Ruhaninin iştirakı ilə yeni “Bəvar-373” uzaq mənzilli yerüstü - hava müdafiə raket sisteminin təqdimatı keçirilib. Müdafiə naziri Əmir Hatəmi yeni sistem vasitəsilə 300 kilometr məsafədə təyyarə və başqa hədəfləri müşahidə etmək, 200 kilometrlik məsafədə isə məhv etmək imkanı yarandığını bildirib (Report).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR