Zərifin Trampla görüşmək planı olmayıb - İran TƏKZİB ETDİ
Bizi izləyin

Region

Zərifin Trampla görüşmək planı olmayıb - İran TƏKZİB ETDİ

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Fransa səfərinin G-7 ölkələrinin sammiti ilə heç bir əlaqəsi yoxdur.

Bu sözləri İranın hökumət nümayəndəsi Əli Rəbbi deyib. O bildirib ki, M.C.Zərifin ABŞ hakimiyyətinin nümayəndələri ilə görüşmək planı və arzusu olmayıb. Nazir Fransaya bu ölkənin Prezidenti Emmanuel Makronun dəvəti ilə gedib. Bəzi KİV-lərin M.C.Zərifin ABŞ Prezidenti ilə görüşmək istəməsi, lakin Prezident Donald Trampın görüşdən imtina etməsi haqqında yaydığı xəbərlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, ötən həftə Avropa ölkələrinə səfər edən İranın xarici işlər naziri G-7 qrupuna daxil olan ölkələrin dövlət başçılarının sammitinin başlandığı gün Parisdə olub. O, hazırda Çində səfərdədir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm