İranda kosmik mərkəzdə partlayışı ABŞ törədib? - Tramdan AÇIQLAMA
Bizi izləyin

Region

İranda kosmik mərkəzdə partlayışı ABŞ törədib? - Tramdan AÇIQLAMA

ABŞ İranın şimalında Semnan əyalətində kosmik mərkəzin start meydançasında “Safir” raket-daşıyıcısının qəzasına cəlb olunmayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

Tramp qəza ilə bağlı araşdırmada İrana uğur diləyib.

Daha əvvəl Amerikanın NPR radiostansiyası bildirib ki, peyk fotoları İran kosmik raketinin mümkün partlayışını göstərir. Ekspertlər iddia edirlər ki, partlayış kosmik mərkəzin start meydançasında cümə axşamı baş verib.

Məlumata görə, İran bu günlərdə orbitə “Nahid1” sputnikini buraxmağı planlaşdırırdı. Bu, 2019-cu ildə İranın orbita sputnik buraxmaq istiqamətindəki üçüncü uğursuzluğudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm