İran üçüncü hücuma hazırlaşır - Zərifin Fransa səfərinin PƏRDƏARXASI
Bizi izləyin

Region

İran üçüncü hücuma hazırlaşır - Zərifin Fransa səfərinin PƏRDƏARXASI

İran Hərtərəfli Birgə Fəaliyyyət Planı çərçivəsindəki öhdəliklərini azaltmanın üçüncü mərhələsini tətbiq etməyə hazırdır.

Publika.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi deyib.

Musəvi bildirib ki, ABŞ və Avropa İttifaqı ilə İran arasındakı diplomatik danışıqlar nəticə verərsə, rəsmi Tehran bu addımlardan geri çəkilə bilər.

“İranın diplomatiyası əlaqələr, dialoq və qarşı tərəflərin nüvə razılaşması öhdəliklərini yerinə yetirmək istiqamətində verdiyi fürsətlə yanaşı razılaşmadakı öhdəliklərini azaltmanın üçüncü addımını planlaşdırıb və bunu tətbiq etməyə hazırdır” – Musəvi vurğulayıb.

İran və Fransa prezidentlərinin telefon danışıqları, Xarici İşlər nazirinin müavini Abbas İraqçının bu gün Parisə gerçəkləşdirəcəyi səfər və Xarici işlər naziri Məhəmməd Cavad Zərifin 3 gün içində Fransaya rəsmi səfərinə aydınlıq gətirən mətbuat katibi bildirib ki, bütün bu addımlar nüvə sazişinin xilası üçündür: “İranın bütün bu diplomatik cəhdlərinə qarşı nəticə əldə etməmək və Avropa İttifaqının lazımi iradəyə sahib olmaması və ya olduğu halda öhdəliklərini yerinə yetirmək gücünə sahib olmaması anlaşılan zaman üçüncü addımımızı atacağıq. Bu addım əvvəlkilərdən daha sərt olacaq”.

Qeyd edək ki, ABŞ 8 may 2018-ci ildə Hərtərəfli Birgə Fəaliyyyət Planından təktərəfli qaydada çıxıb və İrana sanksiya tətbiq etməyə başlayıb. Bundan sonra nüvə sazişinin taleyi təhlükə altında qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm