ABŞ-ın "Patriot" gedişinə Türkiyədən ŞOK CAVAB
Bizi izləyin

Region

ABŞ-ın "Patriot" gedişinə Türkiyədən ŞOK CAVAB

Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri əldə edə bilməsə, Rusiyadan əlavə “S-400”-lər ala bilərik.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“Bu gün bizə daha çox sistem lazımdır, hələ ki, özümüz istehsal edə bilmirik. Əgər ABŞ-dan ala biləriksə, onda “Patriot” alacağıq. Əgər bu mümkün olmasa, onda əlavə “S-400” alacağıq. Biz müstəqil ölkəyik”, - agentlik nazirin sözlərini sitat gətirib.

Daha əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən CNN telekanalı bildirib ki, Vaşinqton “S-400”-lərin əvəzinə “Patriot”-ların Ankaraya satışı üzrə təklifi rəsmən geri çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm