İrandan nüvə silahı ilə bağlı daha bir KRİTİK AÇIQLAMA: cümə günü...
Bizi izləyin

Region

İrandan nüvə silahı ilə bağlı daha bir KRİTİK AÇIQLAMA: cümə günü...

İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindəki bütün öhdəliklərini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani danışıb.

Prezident bildirib ki, nüvə razılaşması və inkişafının məhdudlaşdırılması ilə bağlı öhdəliklərini bir kənara qoyub ölkəsinin ehtiyacı olan addımları atacaqlar. Həmçinin qeyd edib ki, nüvə razılaşmasındakı öhdəliklərin azaldılması ilə bağlı 3-cü addım paketi cümə günü başlanacaq.

Atılacaq addımlarla nüvə texnologiyasındakı araşdırma və inkişafında yeni cəhdlərə və müxtəlif sentrifuqaların inkişaf etidirilməsinə şahid olunacağını bildirən Ruhani uranın zənginləşdirilməsi ilə bağlı lazımi işlərin görüləcəyini və bu sahədəki fəaliyyətlərə sürət qazandıracaqlarını qeyd edib.

“Avropa İttifaqının daha 60 gün zamanı var. Onlar öhdəliklərinə nə zaman sadiq qalarsa, bir də nüvə razılaşmasındakı öhdəliklərimizə geri qayıdarıq” – İran prezidenti vurğulayıb.

Qeyd edək ki, İran Avropa İttifaqını ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasından sonra tətbiq olunan sanksiyalardan qorumamaqda ittiham edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm