Ərdoğan hərəkətə keçdi: bu addım ABŞ-ı dəli edəcək
Bizi izləyin

Region

Ərdoğan hərəkətə keçdi: bu addım ABŞ-ı dəli edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyada MAKS-2019 Beynəlxalq Aviasiya və Kosmos Sərgisində 5-ci nəsil SU-57 döyüş təyyarəsi ilə yaxından maraqlanması iki ölkə arasında SU-35 və SU-57 satışı ilə bağlı görüşlərin başlamasına səbəb olub.

Publika.az “Habertürk”ə istinadən xəbər verir ki, ilk addım bu həftənin bazar ertəsi günü atılıb.

Rusiyanın diplomatik qaynaqları Türkiyənin SU-57 almaq niyyətində olmadığını açıqlasa da, lakin qırıcı təyyarələrlə yaxından maraqlandığını bildirib.

SU-57-nin alınması mövzusunda rəsmi müraciət olmasa da, ölkələr arasında məsələ ilə bağlı müşavirələrə start verilib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit raket kompleksi tədarük etdiyinə görə, ABŞ tərəfindən sanksiyalara məruz qalıb və ortağı olduğu F-35 qırıcı təyyarələrinin istehsal proqramından çıxarılmaqla hədələnir. Rusiya istehsalı SU-57 təyyarələri də F-35-lərə alternativ kimi göstərilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm