Livanlı səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
Bizi izləyin

Region

Livanlı səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

Türkiyənin Beyrutdakı səfirliyinə qarşı təxribat xarakterli hərəkətlərlə əlaqədar Livanın Türkiyədəki səfiri Gassan Müallim Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir qrup şəxsin səfirliyin giriş qapısına qədər yaxınlaşmasının, ilk növbədə təhlükəsizlik baxımından narahatlıq yaratdığı səfirin diqqətinə çatdırılıb.

Həmçinin, səfirlik başda olmaqla, Türkiyənin Livandakı bütün maraqlarının qorunması üzrə lazım olan təhlükəsizlik tədbirlərinin dərhal görülməsi tələb edilib.

Qeyd edək ki, Livan prezidenti Mişel Aunun Osmanlı dövlətinin livanlılara dövlət terroru tətbiq etdiyi istiqamətindəki qalmaqallı ifadələrindən sonra Türkiyənin Beyrut səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib.

Məlumata görə, paytaxt Beyrutun şimalında yerləşən səfirliyin önünə bu gün səhərin erkən saatlarında 8 nəfərlik bir qrup gəlib. Polislərin bütün xəbərdarlıqlarına baxmayaraq, səfirlik binasının giriş qapısına qədər irəliləyən şəxslər türk bayrağı ilə birlikdə üzərində baş fiquru və "Siz də oturduğunuz yerdə oturun" yazılı bir ifadənin yer aldığı plakatı binanın baş qapısına asıb.

Provokatif aksiya plakatın səfirlikdəki vəzifəli polislər tərəfindən qısa müddətdə endirilməsi ilə başa çatıb. Sözügedən şəxslərin isə prezident Aunun siyasi partiyası Azad Vətənpərvərlər Hərəkatına bağlı olan Omega qrupu mənsubları olduğu ifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm