Ərdoğan ABŞ-a sentyabrın sonuna kimi vaxt verdi: Əks halda...
Bizi izləyin

Region

Ərdoğan ABŞ-a sentyabrın sonuna kimi vaxt verdi: Əks halda...

ABŞ terror təşkilatı üçün təhlükəsiz zona yaratmağa çalışır. Sentyabr ayı bitmədən təhlükəsiz bölgə yaradılmazsa, öz yolumuzla gedəcəyik.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada kütləvi açılış mərasimində bildirib.

“Anlaşılan odur ki, müttəfiqimiz bizim üçün deyil, terror təşkilatı üçün təhlükəsiz zona yaratmaq istəyir. Belə bir anlayışı rədd edirik. Heç kim günahsız insanları terror təşkilatlarının və ya qəddar rejim qüvvələrinin təhdidi altında yaşamağa məcbur edə bilməz. Nə Fərat çayının şərqində, nə də İdlibdə belə bir insanlıqdan kənar vəziyyətə yol verməyəcəyik”, - prezident deyib.

Dövlət başçısı bu mücadilədə Türkiyəyə dəstək verilməyəcəyi halda, ölkədəki qaçqınların qarşısını ala bilməyəcəklərini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm