Türkiyədə 88 Rusiya turisti öldü
Bizi izləyin

Region

Türkiyədə 88 Rusiya turisti öldü

Bu il turizm mövsümünün başlanmasından Türkiyədə 88 rusiyalı turist ölüb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

Həmçinin, tibbi təxliyyənin təxminən 40 hadisəsi qeydə alınıb. Diplomatın sözlərinə görə, sözügedən rəqəmlər turpaketlərin sayının əhəmiyyətli dərəcədə artımı ilə bağlıdır. Belə ki, ötən il Türkiyəyə təxminən altı milyon rusiyalı baş çəkib və bu il onların sayı daha çox olacaq.

Yerxov izah edib ki, ”bayağı səbəblər” hadisələrinin əksəriyyətində. rusiyalıların ölümünə gətirib çıxarıb. O, Türkiyə iqliminin Rusiya iqlimindən kəskin fərqləndiyini, nəticədə turistlərin insult və infarktlarla xəstəxanalara düşdüyünü deyib.

Qeyd edək ki, sentyabrın 2-də açıqlanan məlumata görə, Türkiyəyə səfər edənlər arasında Rusiya turistləri say baxımından liderilik edirlər. Siyahıda ikinci və üçüncü yerləri Finlandiya və Qazaxıstan tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm