• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

Ankarada liderlərdən Əsədə KRİTİK ÇAĞIRIŞ

  • Region
  • 16 Sentyabr 2019 20:19
  • 1 350 Baxış
Ankarada liderlərdən Əsədə KRİTİK ÇAĞIRIŞ

Sentyabrın 16-da Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti keçirilib.

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sammitdə Suriyadakı vəziyyət, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, problemin sülh yolu ilə və siyasi həllinin vacibliyini vurğulayıblar. Onlar Suriya Prezidenti Bəşər Əsədi və müxalifəti Suriya Milli Dialoq Konqresində fəal iştirak etməyə çağırıblar.

Görüşdən sonra liderlər birgə mətbuat konfransı təşkil ediblər.

Prezident Ərdoğan Ankara sammitinin Suriya üzrə Astana prosesinə yeni bir nəfəs gətirəcəyinə inandığını deyib.

Ərdoğan qeyd edib ki, Astana platforması Suriyadakı yanğının söndürülməsi üçün effektiv həllər hazırlayacaq və konkret addımlar ata biləcək yeganə təşəbbüsdür.

“Bugünkü iclasda, xüsusilə İdlibdə təhlükəsiz zona mövzusuna toxunacağıq. Fəratın şərqindəki terror bataqlığını qurudaraq bu istiqamətdəki səylərimizi yeni bir mərhələyə daşıyacağıq. Ölkəmiz ən çətin dövrlərdə Suriya xalqının yanında oldu. Cerablus və Afrin kimi təhlükəsiz zonalarına qayıdan suriyalı qardaşlarımızın sayı 360 minə çatdı. Böyük bir faciənın qarşısını aldıq”, - Türkiyə lideri bildirib.

Həsən Ruhaninin sözlərinə görə, İran hesab edir ki, Suriya böhranı yalnız siyasi yolla və Suriya xalqının iştirakı ilə həll edilə bilər. İdlib razılaşmasının gözlənildiyi kimi yerinə yetirilmədiyini deyən prezident əsas hədəfin azad və müstəqil Suriya olduğunu deyib.

“Suriya xalqı öz gələcəyinə qərar verməlidir. ABŞ qoşunlarının Suriyada olması qanuni deyil. ABŞ vədinə əməl etməli və qoşunlarını ən qısa müddətdə geri çəkməlidir”, - Ruhani söyləyib.

Ortaq səylərlə Suriya ərazisində zorakılıq səviyyəsini aşağı düşdüyünü deyən Rusiya lideri Suriyanın nüfuz sahələrinin bölünməsinin yolverilməz olduğunu vurğulayıb.

İdlibdəki vəziyyətin narahatlıq doğurduğunu bildirən Putin Suriyanın şimal-şərqindəki vəziyyətə də diqqət çəkib. O qeyd edib ki, oradakı təhlükəsizlik problemləri Suriyanın ərazi bütövlüyünün qorunması əsasında həll edilməlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR