İrandan dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Aralıq dənizindən Hind okeanına qədər...
Bizi izləyin

Region

İrandan dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Aralıq dənizindən Hind okeanına qədər...

İrana hərbi hücum olarsa, ABŞ-ın Aralıq dənizindən Hind okeanına qədər bütün qüvvələrini hədəf alacağıq.

Publika.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneinin hərbi məsləhətçisi Yəhya Rəhim Səfəvi deyib.

IRNA agentliyinin xəbərinə görə, paytaxt Tehranda cümə xütbəsindən əvvəl çıxış edən, eyni zamanda, İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Səfəvi bildirib ki, İranın müttəfiqləri və müqavimət cəbhəsi sahib olduğu potensialla ABŞ-ın müttəfiqlərindən daha güclü hala gəlib.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emal zavodlarına edilən hücumun arxasında İranın olduğunu iddia edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm