Azərbaycanın qonşuluğunda GÜCLÜ ZƏLZƏLƏ
Bizi izləyin

Region

Azərbaycanın qonşuluğunda GÜCLÜ ZƏLZƏLƏ

İranın Xuzistan əyalətində zəlzələ olub.

Publika.az xəbər verir ki, İzə şəhərində 4,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Şəhərin valisi Mustafa Səmali verdiyi açıqlamada bildirib ki, bu gün yerli vaxtla 12:31-də meydana gələn zəlzələdən sonra İzədə fövqəladə vəziyyət elan olunub.

Zəlzələ fəsada və insan itkisinə səbəb olmayıb.

Qeyd edək ki, bu gün Türkiyə və Yunanıstanda güclü zəlzələlər baş verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm