• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Ərdoğandan BMT-də DÜNYANI TİTRƏDƏN ÇIXIŞ: Türkiyənin nüvə silahına...

  • Region
  • 24 Sentyabr 2019 20:50
  • 5 130 Baxış
Ərdoğandan BMT-də DÜNYANI TİTRƏDƏN ÇIXIŞ: Türkiyənin nüvə silahına...

Hər birimiz təhlükəsizlikdə deyilsək, deməli heç birimiz təhlükəsizlikdə deyilik.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı deyib.

“Dünyanın bir tərəfi yüksək rifah və lüks səviyyədə yaşamağa davam edərkən, digər tərəfdə aclıq, səfalət və cəhalət yolverilməzdir”, - o deyib

BMT strukturunda islahatların aparılmasının vacibliyinə növbəti dəfə diqqət çəkən Ərdoğan dünyanın beşdən böyük (BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan 5 daimi üzvü nəzərdə tutulur –red.) olduğunu, zeyniyyəti, qurumları və qaydaları dəyişdirməyin zamanının çoxdan gəldiyini söyləyib.

“Nüvə silahına sahib olanların nüvə silahına sahib olmayanları təhdid etməsi düşündürücüdür. Nüvə silahı ya hər kəs üçün qadağan edilməli, ya da hamı üçün əlçatan olmalıdır”, - Türkiyə prezidenti bir müddət əvvəl söylədiyi fikirləri təkrarlayıb.

Xatırladaq ki, Ərdoğan bu ayın əvvəlində nüvə silahına sahib olan ölkələrin Türkiyənin nüvə silahına sahib olmasını qadağan etməsini qəbul edə bilməyəcəyini bildirmişdi.

Sivasda Orta Anadolu İqtisadi Forumunda çıxış edən Türkiyə Prezidenti "Kimlərinsə əlində nüvə başlıqlı raket var, bir deyil, iki deyil ... Ancaq mənim nüvə başlıqlı raketim olmasın! Bunu qəbul etmirəm" deyib.

Türkiyə lideri İsrailin əlindəki nüvə silahı ilə regiondakı bütün ölkələri qorxutduğunu deyib: "Hazırda inkişaf etmiş ölkələrdən nüvə silahı olmayan demək olar ki, yoxdur. Hətta ad verməyəcəm, əvvəl prezident olmuş bir şəxs mənə dedi ki, bizdə 7 min 500 nüvə başlıqlı raket var ancaq, bu sayı ABŞ və Rusiyada 12 min 500 ya da 15 mindir. O bildirdi ki, biz də belə silahların sayını artırmağa davam edəcəyik. Görürsünüz vəziyyəti? Onlar orada bir-birləri ilə yarışarkən, bizə "sən qəti bu işi görmə" deyirlər. Qulağımızın dibindəki İsraildə var? Var! Hər kəsi də bu silahlarla hədələyirlər".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR