PKK-nın 20 illik arxivi ələ keçirildi
Bizi izləyin

Region

PKK-nın 20 illik arxivi ələ keçirildi

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Mardin bölgəsində həyata keçirdiyi “Kıran-2” antiterror əməliyyatı çərçivəsində PKK-nin iyirmi illik arxivi ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, arxiv materialları terrorçulardan götürülən kompüterdə olub. Bildirilir ki, ələ keçirilən kompüterin yaddaşında terror təşkilatının son 20 illik fəaliyyətindəki cinayətlər barədə müfəssəl məlumatlar var.

Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələrinin son iki ildə həyata keçirdiyi çoxsaylı antiterror əməliyyatları nəticəsində PKK-ya sarsıdıcı zərbələr vurulub. Terror təşkilatının çoxlu sayda aparıcı siması zərərsizləşdirilib. PKK-ya məxsus düşərgələr və anbarlar məhv edilib, onun cinayətkar maliyyə kanalları kəsilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm