İstanbulda şiddətli zəlzələ - helikopterlər havaya qalxdı, Ərdoğan canlı yayımdadır - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İstanbulda şiddətli zəlzələ - helikopterlər havaya qalxdı, Ərdoğan canlı yayımdadır - FOTO/VİDEO - (YENİLƏNDİ)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən 5,8 ballıq zəlzələ ilə bağlı canlı yayımda çıxış edir:

***

16:25

İstanbulun Şirinevler səmtində zəlzələnin şiddətinə tab gətirə bilməyən bina çöküb.

Publika.az xəbər verir ki, binanın sakinləri təxliyə edilir.

Bəzi çoxmərtəbəli binalarda fəsadlar yaranıb. Məscidlərin minarələri dağılıb.

***

15:41

Ard-arda baş verən zəlzələnin törədəcəyi fəsadın nəticələrini maksimum azaltmaq məqsədilə İstanbul və Kocaelidə məktəblər bağlanıb.

Publika.az xəbər verir ki, tədris ocaqlarında müvəqqəti tətil elan olunub.

***

15:37

İstanbulun Silivri bölgəsində 5,8 bal gücündə zəlzələ meydana gəlib.

Publika.az xəbər verir ki, AFAD zəlzələnin episentrinin 6,99 km dərinlikdə olduğunu açıqlayıb.

Sarsıntı şəhərdə şiddətli şəkildə hiss edilib.

***

12:58

İstanbulun Silivri bölgəsində yenidən zəlzələ meydana gəlib.

Publika.az xəbər verir ki, Mərmərə Seysmik Xətti üzərində 3,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Boğaziçi Universiteti Kandilli Rəsədxanasının məlumatına görə, ötən gün baş verən 4,6 bal gücündəki zəlzələdən sonra bölgədə 30-a yaxın avterşoklar qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm