Ərdoğanın verdiyi vaxta GÜNLƏR QALDI: 80 minlik qüvvə... - Ankaradan MÜHARİBƏ ANONSU
Bizi izləyin

Region

Ərdoğanın verdiyi vaxta GÜNLƏR QALDI: 80 minlik qüvvə... - Ankaradan MÜHARİBƏ ANONSU

Suriyanın şimalında təhlükəsizlik bölgəsinin qurulmasını planlaşdırırıq. Bu mövzuda hazırkı vəziyyətdən məmnun deyilik.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirdiyi mətbuat konfransında bildirib.

“İndiki vəziyyətdən məmnun deyilik. ABŞ ilə razılaşmasaq, terror təşkilatını təmizləyəcəyik”, - türkiyəli nazir deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz zonanın yaradılması üçün ABŞ-a sentyabrın sonuna kimi vaxt verib.

“ABŞ terror təşkilatı üçün təhlükəsiz zona yaratmağa çalışır. Sentyabr ayı bitmədən təhlükəsiz bölgə yaradılmazsa, öz yolumuzla gedəcəyik. Anlaşılan odur ki, müttəfiqimiz bizim üçün deyil, terror təşkilatı üçün təhlükəsiz zona yaratmaq istəyir. Belə bir anlayışı rədd edirik. Heç kim günahsız insanları terror təşkilatlarının və ya qəddar rejim qüvvələrinin təhdidi altında yaşamağa məcbur edə bilməz. Nə Fərat çayının şərqində, nə də İdlibdə belə bir insanlıqdan kənar vəziyyətə yol verməyəcəyik”, - prezident sentyabrın 8-də Malatyada kütləvi açılış mərasimində bildirmişdi.

Göstərilən tarixə kimi Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldıracaq təhlükəsiz zonanın qurulmayacağı halda, “B planı” olaraq hərbi variantının masada olduğu ifadə edilir. Bu çərçivədə, bütün hazırlıqlarını tamamlayan Türkiyə Silahlı Qüvvələri (TSK) sərhəd xəttində gözləyir. Təxminən 80 min “Mehmetçik” mümkün bir hərbi əməliyyat üçün əmr gözləyir.

Ərdoğanın “Röyters” agentliyinə ötən gün verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də bu konteksdə diqqət çəkir.

“Təəssüf ki, təhlükəsiz bölgə anlayışı gözləntilərimizə cavab vermir. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağıq”, - Ərdoğan sentyabrın sonunda hərbi variantın real olduğunu növbəti dəfə dilə gətirib.

Ekspertlərin xəbərdarlığı isə Türkiyə ordusunun Amerika əsgəri ilə mümkün toqquşması ilə bağlıdır. Hərbi əməliyyatın ABŞ-la koordinasiya edilmədən keçirilməsinin belə bir toqquşma ehtimalını artırdığı bildirilir. Bununla belə, Ərdoğanın sentyabrın sonunda ABŞ-a səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşündən sonra prosesin hansı istiqamətdə gedəcəyi böyük ölçüdə dəqiqliq qazana bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm