Zərif ABŞ-la danışıqlar üçün şərtləri açıqladı
Bizi izləyin

Region

Zərif ABŞ-la danışıqlar üçün şərtləri açıqladı

İran ABŞ-la danışıqlar aparmağa hazırdır, amma yeni saziş haqqında deyil. Vaşinqton imzalanmış sənədlərə hörmət nümayiş etdirməlidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif NBC telekanalının efirində bildirib.

O qeyd edib ki, ABŞ imzalanmış sənədlərə hörmət göstərməsə, danışıqlarda məna yoxdur. Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp vəziyyəti çətinləşdirib və bu halda, danışıqlara hətta iki il kifayət etməyə bilər. İranlı diplomat İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planı haqqında razılaşma üzərində 2 il iş getdiyini xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm