Böhrandan və hücumdan qurtulmağın bir yolu var - İrandan açıqlama
Bizi izləyin

Region

Böhrandan və hücumdan qurtulmağın bir yolu var - İrandan açıqlama

“Səudiyyə Ərəbistanı bu böhrandan ancaq Yəmənin mühasirəsini dayandıraraq və atəşkəsi qəbul edərək çıxa bilər”.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Mətbuat konfransında “Hörmüz Sülh Planı” ilə bağlı danışan Musəvi bildirib ki, İran Yəməndəki qanuni hökuməti tanımaqdadır: “Səudiyyə Ərəbistanı İranı əsassız şəkildə günahlandırır. Lakin iki ölkə arasındakı problemlər dialoq yolu ilə həll ola bilər. Bölgə ölkələri və Avropanın bu məsələdə bir sıra cəhdləri oldu. “Hörmüz Sülh Planı”nın detalları yaxın gələcəkdə açıqlanacaq. Bu plan 8 ölkəni əhatə edir. 6 ölkə Körfəz Əməkdaşlıq Təşkilatrının üzvüdür. Digər ikisi isə İran və İraqdır”.

Qeyd edək ki, bir neçə Avropa ölkəsi və ABŞ İranı Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinə hücum etməkdə ittiham edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm