Ruhaniyə BÖYÜK ŞOK: qardaşı 5 illik həbs olundu
Bizi izləyin

Region

Ruhaniyə BÖYÜK ŞOK: qardaşı 5 illik həbs olundu

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun haqqında həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, bir müddət İran prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərən Hüseyn Firidun vəzifəsindən sui-istifadə, rüşvət və haqsız şəkildə bir banka müdir təyin olunmasında təqsirləndirilib və 5 illik həbs cəzasına məhkum edilib.

Fars Xəbər Agentliyinin informasiyasına görə, Baş Prokurorluğun mətbuat katibi Qulam Hüseyni İsmaili mətbuat konfransında Hüseynin 7 illik həbs cəzasının 5 ilə endirildiyini açıqlayıb.

Ruhaninin yaxın ətrafı həbs qərarının siyasi olduğunu iddia edir.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani 1979-cu il İslam İnqilabından öncə Firidun olan soyadını din adamı anlamına gələn "Ruhani"yə dəyişdirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm