Türkiyədən ABŞ-a SON XƏBƏRDARLIQ: Bu iş bitəcək
Bizi izləyin

Region

Türkiyədən ABŞ-a SON XƏBƏRDARLIQ: Bu iş bitəcək

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Mark Esper arasında telefon danışığı olub.

Pubika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, söhbət zamanı xüsusi halda, Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsizlik bölgəsi müzakirə edilib.

Akar “Fərat Qalxanı” hərəkatında 3 mindən çox İŞİD üzvünü zərərsizləşdirən Türkiyənin cənub sərhədlərində bir terror dəhlizinin qurulmasına imkan verməyəcəyini vurğulayıb. O, Fərat çayının şərqindən təxminən 30 kilometr dərinlikdə sərhəd boyu ağır silahlar və terrorçulardan təmizlənmiş təhlükəsiz bölgənin yaradılmasında Türkiyənin qərarlı olduğunu qeyd edib.

Nazir ABŞ-dan başda silah və sursat olmaqla, PKK/PYD/YPG terror təşkilatına hər cür dəstəyin tamamilə dayandırılmasını gözlədiklərini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm