Bu haker qruplaşması İran hökumətinə bağlıdır - "Microsoft”dan İDDİA
Bizi izləyin

Region

Bu haker qruplaşması İran hökumətinə bağlıdır - "Microsoft”dan İDDİA

İran hökumətinə bağlı hakerlər ABŞ prezidentliyinə namizədlərdən birinə aid hesabları sındırmağa çalışırdılar.

Publika.az xəbər verir ki, bu haqda “Microsoft” korporasiyası bildirib.

“Biz yaxın vaxtlarda “Phosphorous” adlandırılan qruplaşmanın kiberməkanında əhəmiyyətli fəaliyyətini qeydə aldıq. Biz hesab edirik ki, qruplaşma İranda fəaliyyət göstərir və hökumətə bağlıdır”, - xəbərdə deyilir.

Qeyd edilir ki, qruplaşma avqust-sentyabr aylarında təxminən 2,7 min “Microsoft” müştərisinin hesablarını tapmağa cəhd edib və 241 hesaba hücüm etməyə çalışıb. Məlumata görə, hakerlərin hədəfi olan hesablar ABŞ prezidentliyinə namizədlərdən birinin seçki qərargahına, həmçinin ABŞ hökumətinin indiki və keçmiş məmurları, qlobal siyasət məsələlərini işıqlandıran jurnalistlər və İran xaricində yaşayan iranlılara aiddir.

“Microsoft” dəqiqləşdirir ki, hakerlərin hərəkətləri texniki problemlərlə fərqlənmirdi. Şirkət müştərilərini iki faktorlu identifikasiyadan istifadə edərək oz hesablarının müdafiəsinə diqqətlə yanaşmağı məsləhət görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm