• USD 1,7000 0,00% EUR 2,0021 +0,61%
    • GBP 2,2006 +0,15% RUB 0,0219 +0,46%

Tramp Ərdoğanı ABŞ-a dəvət etdi

  • Region
  • 7 Oktyabr 2019 00:32
  • 847 Baxış
Tramp Ərdoğanı ABŞ-a dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, liderlər ikitərəfli münasibətlər, eləcə də Suriyada Fərat çayının şərqində qurulması planlaşdırılan təhlükəsiz zona ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti PKK/YPG terror təhlükəsinin aradan qaldırılması və suriyalı qaçqınların ölkələrinə qayıtması üçün təhlükəsiz zonanın yaradılmasının şərt olduğunu bildirib.

Bundan başqa, Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib.

"Liderlər ABŞ prezidenti Donald Trampın dəvəti ilə növbəti ayda Vaşinqtonda danışıqlar aparmağa razılaşdırıb", - Türkiyə prezidentinin dəftərxanasından qeyd edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR