• USD 1,7000 0,00% EUR 1,8907 +0,41%
    • GBP 2,1838 +0,22% RUB 0,0265 0,00%

SON DƏQİQƏ: TBMM hücum üçün Ərdoğana icazə verdi

  • Region
  • 8 Oktyabr 2019 23:17
  • 1 567 Baxış
SON DƏQİQƏ: TBMM hücum üçün Ərdoğana icazə verdi

İraq və Suriyada əməliyyatların keçirilməsi ilə əlaqədar prezidentə verilən icazənin müddətinin bir il uzadılmasını nəzərdə tutan qərar Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən sənəddə Türkiyənin cənub quru sərhədlərində baş verən proseslərin milli təhlükəsizlik baxımından yaratdığı risk və təhdidlərin getdikcə artdığı bildirilib.

“İraqda PKK və İŞİD ünsürlərinin varlığını davam etdirməsi, etnik əsaslı separatizmə yönəlik cəhdlər regional sülhə, sabitliyə və ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid yaratmaqdadır. Suriyada mövcudluğunu davam etdirən PKK/PYD-YPG və İŞİD terror təşkilatları ölkəmizə qarşı hərəkətlərini davam etdirirlər”, - sənəddə qeyd edilib.

Sənədə əsasən, İraq və Suriyada əməliyyatların keçirilməsi ilə əlaqədar prezidentə verilən icazənin müddəti 30 oktyabr 2019-cu ildən başlayaraq bir il uzadılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR