"Mehmetcik" buna bir neçə saata nail oldu - İNANILMAZ BAŞARI (FOTO/VİDEO)
Bizi izləyin

Region

"Mehmetcik" buna bir neçə saata nail oldu - İNANILMAZ BAŞARI (FOTO/VİDEO)

Suriyanın şimalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə başladılan "Sülh Çeşməsi" (“Barış Pınarı”) əməliyyatı sürətlə davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, havadan bombardmanla başlayan əməliyyat quru qüvvələri tərəfindən də dəstəklənir.

Sərhədi keçən quru gücləri Tel Abyad və Rəsulaynda 25 kilometrə qədər içəri giriblər. Diyarbəkrdəki 8-ci Əsas Qırıcı Bazasından qalxan qırıcılar PYD terror təşkilatın mövqelərinə zərbələr endirirlər.

Qeyd edək ki, Türkiyə bu gün Fəratın şərqində hərbi əməliyyatların başladığını rəsmən elan edib. Bu barədə prezident Rəcəb Tayyip Ərdoğan sosial şəbəkə hesabında məlumat yayıb.

“Silahlı Qüvvələrimiz Suriya Milli ordusu ilə birlikdə Suriyanın şimalında PKK\YPG və İŞİD terror təşkilatlarına qarşı Sülh Bulağı Əməliyyatına başlamışdır. Məqsədimiz cənub sərhədlərimizdə yaradılması planlaşdırılan terror dəhlizini yox etmək, bölgəyə sülh və sabitlik gətirməkdir. Sülh Bulağı Əməliyyatı ilə ölkəmizə qarşı olan terror təhlükəsini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı miqrantların ölkələrinə geri dönməyini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən xilas edəcəyik”, - deyə Ərdoğan bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm