Ərdoğan əməliyyat qərargahında - FOTO
Bizi izləyin

Region

Ərdoğan əməliyyat qərargahında - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə “Barış Pınarı” hərəkatı koordinasiya toplantısı keçirilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Prezident Ərdoğan əməliyyatın gedişatını şəxsən izləyir.

Qeyd edək ki, Türkiyə bu gün Fəratın şərqində hərbi əməliyyatların başladığını rəsmən elan edib. Bu barədə prezident Rəcəb Tayyip Ərdoğan sosial şəbəkə hesabında məlumat yayıb.

“Silahlı Qüvvələrimiz Suriya Milli ordusu ilə birlikdə Suriyanın şimalında PKK\YPG və İŞİD terror təşkilatlarına qarşı Sülh Bulağı Əməliyyatına başlamışdır. Məqsədimiz cənub sərhədlərimizdə yaradılması planlaşdırılan terror dəhlizini yox etmək, bölgəyə sülh və sabitlik gətirməkdir. Sülh Bulağı Əməliyyatı ilə ölkəmizə qarşı olan terror təhlükəsini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı miqrantların ölkələrinə geri dönməyini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən xilas edəcəyik”, - deyə Ərdoğan bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm