Türkiyəyə DƏHŞƏTLİ HÜCUM: 8 şəhid, 35 yaralı - TÜKÜRPƏDİCİ GÖRÜNTÜLƏR (FOTO/VİDEO)
Bizi izləyin

Region

Türkiyəyə DƏHŞƏTLİ HÜCUM: 8 şəhid, 35 yaralı - TÜKÜRPƏDİCİ GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

YPG/PKK terror təşkilatları Suriya ərazisindən Türkiyə ərazisini atəşə tutmaqda davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Mardin vilayətinin Nusaybin mahalına atılan raket zərbələri nəticəsində 8 mülki şəxs şəhid olub, 35 nəfər yaralanıb.

Yaralılar arasında vəziyyəti ağır olanlar var. Ölənlərin sayının artacağı gözlənilir.

Bununla, Suriyanın şimalında “Sülh Çeşməsi” əməliyyatı başlanandan bəri terrorçuların hücumları nəticəsində həyatını itirən mülki şəxslərin sayı 17-yə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm