Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq
Bizi izləyin

Region

Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq

Əgər Türkiyə qaçqınların geri qayıda bilmələri üçün Suriyada təhlükəsizlik bölgəsi yarada biləcəksə, Macarıstan məmnuniyyətlə əməkdaşlıq etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edən Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto deyib.

Szijjarto Suriyada qaçqın probleminin həll edilməsinin Macarıstanın maraqlarına uyğun olduğunu bildirib:

“Macarıstan milyonlarla qaçqının sərhədlərinə qədər gəlməsini istəmir. Əgər bizə “Türkiyə qaçqınları Suriyaya geri qaytarsın, ya Avropaya yollasın” sualını versələr, bizim cavabımız təbii ki, “Türkiyə qaçqınları Suriyaya geri göndərsin və 4 milyon qaçqın üçün Avropa qapılarını açmasın” olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm