Putinlə Ərdoğan arasında telefon danışığı oldu
Bizi izləyin

Region

Putinlə Ərdoğan arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti bildirib.

Danışıq türk tərəfinin təşəbbüsü ilə baş tutub. İki ölkənin liderləri Suriyada vəziyyəti müzakirə ediblər və bildiriblər ki, Türkiyə ordusunun bölmələri ilə Suriya hökumətinin silahlı qüvvələri arasında münaqişələrin qarşısını almaq lazımdır.

Bundan başqa, dövlət başçıları Suriyanın ərazi bütövlüyünün təminatına sadiq olduqlarını təsdiq ediblər.

Putin Ərdoğanı yaxın günlərdə işçi səfərlə Rusiyaya dəvət edib. Türkiyə prezidentinin dəvəti qəbul etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm