SON DƏQİQƏ: Türkiyədən AĞIR ZƏRBƏ, dəhşətli sirr açıldı, bir qrup erməni... - - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyədən AĞIR ZƏRBƏ, dəhşətli sirr açıldı, bir qrup erməni... - - FOTO (YENİLƏNDİ)

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi" (Barış pınarı" əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 702 terrorçusu zərərsizləşdirilib.

Publika.az "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

***

17:43

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun birgə təşkil etdiyi "Sülh çeşməsi" hərəkatı çərçivəsində ağır zərbələr alan və 700-ə yaxın üzvünü itirən PKK/YPG terror təşkilatlarına ermənilərin dəstək verdiyi iddia olunur.

Publika.az xəbər verir ki, bir qrup erməninin Suriyada terrorçuların cəbhəsində döyüşməsinə dair fotolar sosial mediada yayılıb.

***

17:14

“Sülh çeşməsi” hərəkatı çərçivəsində YPG terrorçularının lağlağıya çevrilən fotoları çəkilib.

Publika.az xəbər verir ki, Ras əl Eyn şəhərində çəkilən fotoda YPG-li snayperçinin durbin qapağını açmadan nişan alıb atış etdiyi əks olunub.

Silahın Amerika istehsalı olduğu bildirilir.

***

15:59

Türkiyənin təşkil etdiyi “Sülh çeşməsi” əməliyyatı ilə böyük zərbə alan YPG/PKK terror təşkilatına bir zərbə də daxilindən gəlib.

Publika.az xəbər verir ki, YPG-nin Rakka və Tabqa bölgələrində zorla silahlandırdığı 600-yə yaxın terrorçu təşkilatdan firar edib. 40-dan çox terrorçu isə Türkiyə Silahlı Qüvvələrinə təslim olub.

Təhlükəsizlik mənbələrindən verilən məlumata əsasən, Fəratın şərqində terror təşkilatı ilə birgə hərəkət edən ərəblərin böyük qismi də dəstəyini geri çəkməyə başlayıb.

PKK/YPG dezinformasiya yayaraq İŞİD terror təşkilatının yenidən dirçəlməsi ilə bağlı şayiələr çıxarır.

***

15:06

Suriya Milli Ordusu “Sülh çeşməsi” hərəkatı çərçivəsində 64 şəhid verib.

Publika.az xəbər verir ki, PKK/YPG-yə qarşı aparılan əməliyyatlarda 187 əsgər yaralanıb.

Təkcə ötən gün Təl Abyad və Ras əl Eyn şəhəri ətrafında gedən əməliyyatlarda 18 şəhid və 51 yaralısı olan ordunun 1 üzvü itkin düşüb.

***

13:47

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar PKK/YPG/PYD terror təşkilatının planlaşdırdığı dəhşətli faktın üstünü açıb.

Publika.az-ın xəbərinə görə, nazir bildirib ki, terror təşkilatı kimyəvi silahdan istifadə etməyə hazırlaşır. Məqsəd isə günahı Türkiyənin üzərinə atmaqdır: "PKK/YPG/PYD terror təşkilatı bizi istifadə etdiyimizi dünyaya bəyan etmək məqsədilə Suriyada kimyəvi silah partlatmaq istəyir. Məqsəd Türkiyənin kimyəvi silahdan istifadə etdiyi üçün dünya tərəfindən qınamasıdır. Hər kəs bilir ki, bizim kimyəvi silahımız yoxdur. Beləlikə terrorçuların daha bir yalanını üzə çıxarmış olduq".

***

11:30

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 9-cu günündə planlaşdırıldığı kimi davam edir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 673 terrorçu zərərsizləşdirilib.

Bu gün ərzində xeyli sayda kəndin terrordan təmizləndiyi açıqlanıb. F-16-lar Təl Abyad və Ras əl Eyn şəhərlərində terrorçuların mövqelərini bombalayaraq yox ediblər.

Şəhər mərkəzi terror təşkilatından təmizlənən Ras əl Eynin sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir.

Terrorçulardan təmizlənən Təl Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm