• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

ABŞ radiosu İran-Ermənistan əlaqələrinə dair sensasion material yaydı

  • Region
  • 19 Oktyabr 2019 15:35
  • 2 455 Baxış
ABŞ radiosu İran-Ermənistan əlaqələrinə dair sensasion material yaydı

ABŞ İranın Ermənistana ixrac etdiyi qaz üzərində sanksiya tətbiq edə bilər!

Publika.az musavat.com-a istinadən xəbərt verir ki, xəbər verir ki, ABŞ-ın nüfuzlu "Con Batçelor Şou" radio proqramının rəhbəri Con Batçelor ABŞ-ın Demokratiyaların Müdafiəsi Fondu Araşdırma İnstitutunun böyük elmi işçisi Behnam Ben Talebludan müsahibə alıb.

Müsahibə zamanı Behnam Ben Taleblu Cənubi Qafqazın hər zaman böyük güclərin maraqlarının toqquşduğu bir region olduğunu diqqətə çatdırıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı müsəlman şiə ölkəsi olan İranın Rusiya yönümlü xristian Ermənistanı dəstəklədiyini qeyd edib. O, prezident Həsən Ruhaninin rəhbərliyi altında İranın hər zaman ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün yollar axtardığını və Ermənistan kimi mərkəzi hökuməti zəif və ABŞ-ın siyasi və iqtisadi təsir imkanlarının az olduğu ölkələrdən bir vasitə kimi istifadə etməyə çalışdığını bildirib.

Behnam Ben Taleblu Cənubi Qafqazın Rusiya, İran və Türkiyə ilə əhatə olunduğunu və region olaraq çox vacib geostrateji mövqeyə malik olduğunu bildirib və bu regionda yerləşən ölkələrdən yalnız Ermənistanın "ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərən "Rusiya ilə və "terrorizmi dövlət səviyyəsində dəstəkləyən" İranla yaxın əlaqələrə malik olduğunu diqqətə çatdırıb. O, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların real nəticə verməsi üçün yalnız İranın üzərində deyil, onun qonşuluğunda da yerləşən dövlətlər üzərində maksimum təzyiq kampaniyasının aparılmasının vacibliyini vurğulayıb və hazırda diqqət yetirilməli olan məsələnin ABŞ-ın İranın Ermənistana ixrac etdiyi qaz üzərində sanksiya tətbiq edib-etməyəcəyinin olduğunu bildirib.

Müsahibə zamanı, həmçinin ABŞ Konqresinin demokrat üzvləri Adam Şiff, Frank Pallon və Cəki Spierin ABŞ-ın dövlət və müdafiə katiblərinə məktub yazaraq ABŞ-ın Azərbaycanın dövlət sərhədlərinin gücləndirilməsi və İranın mümkün təcavüzündən ölkəni qorumaq məqsədilə Azərbaycana göstərdiyi hərbi yardımın dayandırılmasını tələb etdikləri qeyd olunub.

Müsahibə ilə burada tanış olmaq olar:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR