SON DƏQİQƏ: ikinci dəfə zəlzələ oldu - 5,6 BALLIQ - (YENİLƏNDİ)
Bizi izləyin

Region

SON DƏQİQƏ: ikinci dəfə zəlzələ oldu - 5,6 BALLIQ - (YENİLƏNDİ)

İranda yenə zəlzələ olub.

Publika.az xəbər verir ki, Hörmüzqan əyalətində 5,6 bal gücündə yeraltı təkanlar əmələ gəlib.

Tehran Universiteti Seysmoloji Mərkəzindən verilən açıqlamaya görə, zəlzələnin episentri yerin 10 km dərinliyində olub.

***

15:52

İranda dəhşətli zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yerli vaxtla 14:28-də Bəndər Ləngə bölgəsinin 80 km yaxınlığında 5,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin xəbərinə görə, zəlzələ Birləşmiş Ərəb Əmirliklərində hiss olunub.

Tələfat və dağıntılarla bağlı məlumat yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm