

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi sayəsində tarixi bir diplomatik müvəffəqiyyət əldə edilib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin prezident administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəttin Altun bildirib.
Onun sözlərinə görə, dost və müttəfiq ölkələrlə əməkdaşlığın davam etdirilməsi terrorla mübarizədə nəticə qazanmağa kömək edəcək.
“Seperatçı terror təşkilatının dövlətçilik layihəsi tarix oldu”, - Fəxrəttin Altun deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşdə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.
Rusiya və Türkiyə RAZILAŞDI: 150 saat ərzində... - Dünya bu açıqlamanı gözləyirdi - VİDEO (YENİLƏNDİ)