Ruhani sabah Azərbaycana gələcək
Bizi izləyin

Region

Ruhani sabah Azərbaycana gələcək

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

Publika.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Administrasiyasının Rabitə və İnformasiya Ofisinin sədr müavini Əlirza Müizzi deyib.

Müavin bildirib ki, prezident 18-ci Qoşulmama Hərəkatı Toplantısına qatılmaq üçün sabah paytaxt Bakıya gələcək.

Ruhaninin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü də gözlənilir. Bu görüşdə Bakı-Tehran münasibətlərinin əhəmiyyətli məsələləri və ortaq planların müzakirəsi aparılacaq.

Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illər arasında Qoşulmama Hərəkatının müvəqqəti rəhbərliyini edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm