Rəsmi Tehran təsdiqlədi - "Suriya hökuməti bizə məlumat verib"
Bizi izləyin

Region

Rəsmi Tehran təsdiqlədi - "Suriya hökuməti bizə məlumat verib"

ABŞ-ın bir sıra media orqanları tərəfindən İŞİD lideri Əl-Bağdadinin xüusi əməliyyat nəticəsində öldürülməsi xəbəri yayılandan sonra rəsmi Tehran da bu xəbəri təsdiqləyib.

Publika.az xəbər verir ki, “Reuters” agentliyi İran rəsmisinə istinadən terror təşkilatı rəhbərinin öldürülməsi barədə son dəqiqə xəbəri yayıb.

Adının açıqlanmasını istəməyən İran rəsmisi Suriya hökümətinin ərazidə olan nümayəndələrinin ƏL-Bağdadinin zərərsizləşdirilməsi barədə məlumatlar verdiyini deyib.

Agentlik İraq hökumətinin nümayəndələrinin də terrorçunun məhv edilməsini təsdiqlədiyini bildirib.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp jurnalistlər üçün mətbuat konfransı keçirəcək və onun bu hadisə barədə açıqlama verəcəyi gözlənilir.

Onu da qeyd edək ki, İŞİD liderinin zərərsizləşdirilməsi əməliyyatı zamanı ƏL-Bağdadinin özünü partlatdığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm