Ermənistan təhlükədədir - Erməni nazirdən Türkiyə ilə bağlı SƏRT AÇIQLAMA
Bizi izləyin

Region

Ermənistan təhlükədədir - Erməni nazirdən Türkiyə ilə bağlı SƏRT AÇIQLAMA

Ermənistanın Xarici işlər naziri Zoqrab Mnatsakanyan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun PKK-nın tərkibində ermənilərin olduğunu və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiklərinə dair açıqlamasını ölkəsinə təhdid kimi dəyərləndirib.

Publika.az xəbər verir ki, nazir açıqlamanın tonu və mövqeyinin onlar üçün yeni olmadığını deyib.

“Bənzər fikirləri daha əvvəl də eşitmişik. Bu açıqlama Ermənistanın təhlükəsizliyi üçün təhdid xarakterlidir və bu, ciddi problemdir. Çavuşoğlunun Dağlıq Qarabağla bağlı sözləri qınanmalıdır”.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Bakıda keçirilən Qoşulmama Hərəkatında çıxışı zamanı PKK terror təşkilatının tərkibində ermənilərin vuruşduğunu və türk diplomatlarını öldürdüyünü demişdi.

Nazir sözlərinə belə davam etmişdi: “Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Qardaş Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması üçün əlimizdən gələni edəcəyik. Qarabağ məsələsini Rusiya ilə daim müzakirə edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm