Ankara ABŞ-ın sanksiya qərarını ittiham etdi
Bizi izləyin

Region

Ankara ABŞ-ın sanksiya qərarını ittiham etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Ankaraya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulu ilə əlaqədar ABŞ-ı ittiham edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin saytında yerləşdirilən bəyanatda deyilir.

“ABŞ Nümayəndələr Palatasında “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə ittiham edirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Xarici siyasət idarəsindən bildiriblər ki, qanun layihəsi NATO-nun ruhuna uyğun deyil və Suriya üzrə Türkiyə-ABŞ razılaşmasına ziddir. Türkiyə hakimiyyəti həmçinin, ABŞ Konqresini daxili siyasi hədəflər üçün ikitərəfli münasibətlərlə bağlı məsələlərdən istifadə etməməyə çağırıb.

“Biz ABŞ administrasiyasını münasibətlərimizin sonrakı kəskinləşməsinin qarşısını almaq üçün lazımlı ölçüləri qəbul etməyə çağırırıq”, - Xarici İşlər Nazirliyindən əlavə ediblər.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Suriyada keçirilən əməliyyat, həmçinin Rusiyadan S-400 sistemlərinin alınması ilə əlaqədar Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğu ilə bəyənib. Qəbul edilmiş qanun layihəsi “Halkbank”a və müdafiə naziri də daxil olmaqla, ən yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiqini, həmçinin türk məmurlarının aktivlərinin dondurulmasını nəzərdə tutur.

Sənəd qüvvəyə minməsi üçün Senatdan keçməli, daha sonra isə ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm