Türkiyə Trampa görə bunu edəcək - Nazir AÇIQLADI
Bizi izləyin

Region

Türkiyə Trampa görə bunu edəcək - Nazir AÇIQLADI

“ABŞ prezidenti Donald Trampa görə, F-35 qırıcı təyyarələrinin istehsalı layihəsinə geri qayıda bilərik”.

Publika.az xəbər verir ki, bunu "Əl-Cəzirə" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, layihəyə geri qayıtmaqla bağlı işlər aparılır.

Çavuşoğlu Türkiyə lirəsinə qarşı hücumlarla bağlı isə bunları deyib: “Bunu edənlər hər dəfə Türkiyə valyuta bazarından zərərlə çıxdı. Türkiyə iqtisadiyyatı güclüdür, dinamikdir. Təkbaşına heç bir ölkə Türkiyə iqtisadiyyatını yıxa bilməz. Yox edə bilməz. Biz bu təhdidlərdən qorxsaydıq, əməliyyatlara başlamazdıq”.

Qeyd edək ki, ABŞ Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün F-35 layihəsindən kənarlaşdırmaqla hədələmiş, həmçinin, prezident Donald Tramp Suriyaya “Barış pınarı” hərəkatını təşkil etdiyi üçün Türkiyə iqtisadiyyatını məhv etməklə təhdid etmişdi.

Hazırda Türkiyənin Rusiyadan 48 ədəd Su-35 qırıcı təyyarələri alması məsələsi gündəmdədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm