Türkiyə sərhədində DƏHŞƏTLİ HÜCUM: 19 ölü, 29 yaralı - FOTO/VİDEO
Bizi izləyin

Region

Türkiyə sərhədində DƏHŞƏTLİ HÜCUM: 19 ölü, 29 yaralı - FOTO/VİDEO

Suriyanın Tel Abyad rayonunda bazarda törədilən terror nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə RİA "Novosti" mənbəyə istinadən məlumat yayıb.

"Minalanmış avtomobilin partladılması nəticəsində 19 nəfər həlak olub, daha 29 nəfər yaralanıb", - mənbə deyib.

Ölənlərin hamısının dinc vətəndaşlar olduğu bildirilir.

***

2 noyabr 20:50

Suriyanın şimalında yerləşən və hazırda Türkiyə ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”, - nazirliyin məlumatında belə deyilir. Həlak olanların sayının artacağı istisna olunmur.

Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən dünən sərhəddən on kilometr dərinlikdə Türkiyə hərbçilərinin və Rusiya hərbi polisinin birgə patrulu başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm