Xarici İşlər nazirindən ETİRAF: "İllərlə orada yaşadıqdan sonra..."
Bizi izləyin

Region

Xarici İşlər nazirindən ETİRAF: "İllərlə orada yaşadıqdan sonra..."

“Qərblilərlə müzakirəyə həvəsli deyiləm”.

Publika.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran Parlamentinin sessiyasında millət vəkillərinin suallarını cavablandıran nazir bəzi deputatların ABŞ-la müzakirə və nüvə razılaşması ilə bağlı tənqidlərinə cavab verib: “İllərlə Qərbdə yaşadıqdan sonra onlarla müzakirəyə həvəsli deyiləm. Təzyiqlərə hamıdan daha çox tab gətirdim. Müzakirənin çətinliyinə, həqarətlərə və təzyiqlərə 6 qərarı ləğv etdirmək üçün tab gətirdim və bunu bacardıq”.

ABŞ-la müzakirə etmək istəmədiklərinə, lakin BMT Təhlükəsizlik Şurasının İran əleyhinə verilmiş 6 qərarının 5 daimi üzvün təsdiqi ilə götürüləcəyinə diqqət çəkən Zərif rəsmi Vaşinqtona etibar etmələri təqdirində 150 səhifəlik razılaşma yazmaq məcburiyyətində qalmayacaqlarını söyləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm