İran nüvə raketlərini Vaşinqtona tuşladı - DƏHŞƏTLİ MÜHARİBƏ hazırlığı
Bizi izləyin

Region

İran nüvə raketlərini Vaşinqtona tuşladı - DƏHŞƏTLİ MÜHARİBƏ hazırlığı

"Lazımi miqdardan da çox nüvə raketi ehtiyatına malikik”.

Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Koprusunun komandanı Hüseyn Səlami deyib.

Paytaxt Tehranda yerləşən sabiq ABŞ səfirliyi binasının qaşrısında təşkil olunan proqramda çıxış edən komandan bildirib ki, ABŞ son 40 il ərzində 8,5 milyon nəfərin ölümünə səbəb olub: “ABŞ ən böyük silah ixracatçısı və dünya müharibələrində ən əhəmiyyətli fiqurdur. Ancaq amerikalı rəsmilər qlobal təhlükəsizlikdən danışır. ABŞ dünya üçün təhdiddir. Nüvə silahı istehsal və istifadə edən ilk ölkədir. Onun hərbi qüvvəsi planeti yox etmək fürsətindən başqa bir şey olmadığını göstərir”.

İranın ABŞ qarşısında ən parlaq dövrlərini yaşadığına diqqət çəkən Səlami ABŞ-ın İslam inqilabından sonra daim qüvvəsini itirməyə davam etdiyini bildirib: “Biz ABŞ qarşısında kürəyimizi sadəcə nüvəyə söykəmədik. Lazımi miqdardan da çox raketimiz var. Raketlərin hədəfləri bəllidir. Eyni zamanda, hərbi qüvvələrimiz hərtərəfli hazırlıq görüblər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm