Bu xəbərləri yazmaq QADAĞAN EDİLDİ - Jurnalist həbs oluna bilər
Bizi izləyin

Region

Bu xəbərləri yazmaq QADAĞAN EDİLDİ - Jurnalist həbs oluna bilər

İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.

Bunu İran Parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində bildirib.

M.Sadeqinin sözlərinə görə, bu gün İran Parlamentinə müttəhimlərin etirafının yazılması və mediada yayılması ilə bağlı qadağa layihəsi daxil olub.

Deputat bildirib ki, layihə təsdiqlənərsə, belə məlumatları yayan KİV nümayəndələri həbsdən əlavə, müttəhimlərdən üzr istəməli də olacaqlar. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm