İranın nüvə silahlarına dair qərarı dünyanı AYAĞA QALDIRDI
Bizi izləyin

Region

İranın nüvə silahlarına dair qərarı dünyanı AYAĞA QALDIRDI

İranın verdiyi qərara görə narahatıq.

Publika.az xəbər verir ki, bu sözlər Avropa İttifaqının açıqlamasında yer alıb.

İran prezidenti Həsən Ruhaninin “Fordow” nüvə stansiyasında 1044 santifruqedən istifadə edəcəklərini açıqlamasına reaksiya verənlər arasında İttifaqla yanaşı Fransa da var. Xarici İşlər Nazirliyindən verilən açıqlamada “İranın verdiyi açıqlamalar 2015-ci il razılaşmasına ziddir. İranın fəaliyyətləri məsələsində UAEA-dan gələcək hesabatı gözləyirik. Fransa 2015-ci il razılaşmasına sadiqliyini davam etdirir və İranın qərarlarını nəzərdən keçirməsi üçün xəbərdarlıq edir” ifadələri işlənib.

Kremldən verilən açıqlamada isə İranın ona qarşı tətbiq edilən sanksiyalardan dolayı narahatlıqlarını anlayışla qarşıladıqları qeyd olunub: “İrana qanundankənar sanksiyalar tətbiq edilir. Razılaşmaya dair prosesləri isə narahatlıqla izləyirik. Rusiya razılaşmanın qüvvədə qalmasının tərəfdarıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm