• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı: "Putinlə..."

  • Region
  • 7 Noyabr 2019 12:21
  • 579 Baxış
Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı: "Putinlə..."

“Dünən axşam telefonda danışdıqdan sonra ABŞ-a gedəcəyimə qərar verdim”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən öncə hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Siyasətdə bir şeyi xatırlatmaq istəyirəm: bizim üçün ən önəmli hökm bütün işlərimizdə müzakirəyə əhəmiyyət verməkdir. Hazırda səfəri çox fərqli zamanda, “Barış Pınarı” əməliyyatının davam etdiyi vaxtda edirik”, - Ərdoğan deyib.

O bildirib ki, Suriya məsələsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə aparacaq.

Qeyd edək ki, Donald Tramp Türkiyə Prezidentini 13 noyabrda Vaşinqtona dəvət edib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR