Türkiyə yenidən hərəkətə keçdi: gələn həftədən etibarən başlayır
Bizi izləyin

Region

Türkiyə yenidən hərəkətə keçdi: gələn həftədən etibarən başlayır

Türkiyə gələn həftənin bazar ertəsindən etibarən İŞİD terror təşkilatının qərb ölkələrindən gələn mənsublarını geri qaytaracaq.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlayıb.

“Avropaya deyirik ki, bunları sizə göndərəcəyik. 3 ədəd, 5 ədəd, 10 ədəd göndərəcəyik. Bunlar bizim insanlarımız deyil, sizin öz insanlarınızdır. Oradan paketləyib göndərimisiniz. İndi “biz bunları sizə geri verəcəyik” deyirik. Bazar ertəsindən etibarən başlayırıq. Amma ayağa qalxırlar. “Biz bunları vətəndaşlıqdan çıxardır, siz nə edirsiniz edin” deyirlər. Çatlasanız da, partlasanız da, silsəniz də, qorusanız da, vətəndaşlıqdan çıxarsanız da, çıxarmasanız da sizin ölkənizə geri göndərəcəyik”-, nazir bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm