Ərdoğanın xəbərdarlığı İranı ayağa qaldırdı: gizli düşmənlər ifşa olundu və...
Bizi izləyin

Region

Ərdoğanın xəbərdarlığı İranı ayağa qaldırdı: gizli düşmənlər ifşa olundu və...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqdakı etiraz aksiyalarının İrana sıçraması ilə bağlı verdiyi açıqlama böyük əks-səda doğurub.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi danışıb.

İranlı Tələbələr Xəbər Agentliyinin (ISNA) xəbərinə görə, mətbuat konfransında çıxış edən Musəvi Ərdoğanın bir ölkədə baş verən xaosun digərlərinə keçməsinə dair açıqlamasını xəbərdarlıq kimi dəyərləndirib: “Çünki bəzi gizli əllər İslam ölkəlrində ixtilaf və xaos çıxarmaq istəyir. Ərdoğan bu gizli əlləri doğru şəkildə görür. Xəbərdarlıq etdilər, buna görə də onları təqdir edirik”.

Qeyd edək ki, Ərdoğan Macarıstandakı rəsmi səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında İraqdakı etiraz aksiyalarından danışmışdı. “İraqdakı aksiyaların arxasında kim dayanıb? Biz kimlər tərəfindən edildiyi və ya ediləcəyinə dair ehtimallar deyirik. Təbii, bunun İrana sirayət etmə nöqtəsindəki durumlarını da təxmin edirik. Çünki dərdləri İslamı bölmək, parçalamaq və bir-birilərinə düşmən etməkdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm