Ruhanidən SENSASİON ETİRAF: ABŞ bu 3 müsəlman ölkəsini belə məhv edəcək
Bizi izləyin

Region

Ruhanidən SENSASİON ETİRAF: ABŞ bu 3 müsəlman ölkəsini belə məhv edəcək

ABŞ “Əsrin müqaviləsi” adını verdiyi layihə sayəsində Fələstin məsələsini pulla həll etməyə və İsraili İslam dünyasında normal ölkə kimi qəbul etdirməyə çalışır.

Publika.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

Paytaxt Tehranda təşkil edilən Vəhdət Konfransında çıxış edən prezident bildirib ki, regionun məsələləri region ölkələri və xalqları tərəfindən həll edilməlidir.

“Başqaları problemləri həll edə bilməz. Onlar daim problem istehsal edir. ABŞ bölgənin və İslam dünyasının dostu deyil. Əfqanıstan, İraq və Yəməndəki müharibələr ilə İslam ölkələri arasındakı ixtilaflar ABŞ-ın layihələri əsasında meydana gəlib. ABŞ-ın idarəçiləri bu gün açıq şəkildə hədəflərinin Suriyadakı neft quyuları olduğunu söyləyir. Ağ Evdən daha əvvəl bu qədər açıq bir söz eşitməmişdim. ABŞ-ın hədəfi müsəlmanları yağmalamaqdır. Lakin bu təbiri bu günə qədər onlardan eşitməmişdik”, - Ruhani bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm