Sərnişin avtobusu aşdı: ölən və yaralananlar var - FOTO
Bizi izləyin

Region

Sərnişin avtobusu aşdı: ölən və yaralananlar var - FOTO

Türkiyənin Aksaray-Ankara avtomobil yolunda qəza baş verib.

Publika.az xəbər verir ki, sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 37 nəfər isə yaralanıb.

İlkin məlumata görə, Mersindən İstanbula gedən Müzəffər İltaş bölgədəki güclü duman səbəbiylə sükan hakimiyyətini itirib və avtobus aşıb.

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və digər təhlükəsizlik briqadaları cəlb olunub. Avtobusda köməksiz qalan sərnişinlər xilasedicilər tərəfindən çıxarılıb, ətrafdakı vətəndaşların köməyi ilə təcili yardım avtomobillərinə aparılıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki,qəza ilə əlaqədar artıq istintaq işləri başladılıb.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm