Milyonlarla insanın hesabına pul köçürüldü - HAKİMİYYƏT SÜLH İSTƏYİR
Bizi izləyin

Region

Milyonlarla insanın hesabına pul köçürüldü - HAKİMİYYƏT SÜLH İSTƏYİR

İranda benzinin bahalaşmasından əldə olunan gəlir əhaliyə verilməyə başlanılıb.

Publika.az xəbər verir ki, 18 milyon ailəyə 55-205 min tümən məbləğində yardım ediləcək. İranın rəsmi saytı “Tesnim”in məlumatına görə, artıq vəsaitin bir hissəsi əhalinin bank hesabına köçürülüb.

Qeyd edək ki, daha əvvəl hökumət bahalaşmadan əldə olunan gəlirin 18 milyon ailəyə veriləcəyini açıqlamışdı.

Prezident Həsən Ruhani cümə günü verdiyi açıqlamada benzinin bahalaşdırılmasının aşağı təbəqədən olan insanlara yardım məqsədilə edildiyini bildirmişdi.

Xatırladaq ki, qiymət artımına qarşı keçirilən etiraz aksiyalarında 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm