İrandakı iğtişaşların arxasında bu ölkələr durur - RUHANİ DANIŞDI
Bizi izləyin

Region

İrandakı iğtişaşların arxasında bu ölkələr durur - RUHANİ DANIŞDI

İran prezidenti ölkədəki iğtişaşlara görə İsrail və ABŞ-ı günahlandırıb.

Publika.az-ın xəbərinə görə, Həsən Ruhani bildirib ki, məqsəd ölkənin təhlükəsizliyini pozmaq olub:

"İğtişaş törədənlər plan üzrə hərəkət edərək silahlanmışdılar. Lakin İran xalqı qalib gəldi. Son iki ildə İrana hədsiz sanksiya tətbiq edənlər ölkənin təhlükəsizliyini pozmaq istəyirdilər. Lakin onlar istəklərinə çatmadı".

Ruhani əlavə edib ki, milli maraqlara qarşı kiçik qrup çıxmışdı: "Küçələrə çıxanların az qismi iğtişaş törətdi".

Qeyd edək ki, dünən İranın əksər şəhərlərində iğtişaşlara qarşı yürüş keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm